SON XƏBƏR

İçərişəhər Cümə Məscidində tualet pulu yığılır - Turistlər narazıdır

İyul 15
14:13 2019
İçərişəhər Cümə Məscidinin tualetindən istifadə edən şəxslərdən pul alınır.
 
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.
 
Sayta verilən məlumatda deyilir ki, tualetdən istifadəyə görə pul alınmasına irad bildirdikdə isə qarşı tərəf bu pula məscidə sabun-şampun aldıqlarını deyirlər. 
 
Məlumatda deyilir" Son illər Azərbaycana turist kimi gələn insanların böyük əksəriyyəti ərəb ölkələrindəndir. Ölkəyə gələn turistlərin ən çox gəzdikləri yerlərdən biri isə İçərişəhərdir. İçərişəhəri gəzməyə çıxan ərəb turistlər ibadətlərini İçərişəhər Cümə Məscidində yerinə yetirirlər. Orada isə tualetdən pul alınması ərəb turistlərdə pis təəssürat yaradır". 
 
Turistlərin İçərişəhər Cümə Məscidində qarşılaşdıqları daha bir problemin isə isti suyla bağlı olduğu deyilir. İbadət edən şəxslərin məsciddə dəstəmaz alarkən ayaqlarını soyuq suyla yuduqları deyilir. 
Məsciddə isti suyun yalnız əl yumaq üçün quraşdırılan kranlardan gəldiyi deyilir.
 
Qlobal.az məsələyə Qafqaz Müsəlmanları İdarəsindən münasibət öyrənməyə çalışsa da, qarşı tərəf heç bir mövqe bildirmədi.
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook