SON XƏBƏR

"İcazə portalı 8103 SMS xidməti deyil"

İyun 05
04:37 2020
Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən fəaliyyətə başlayacaq.

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.

"Baş Nazir tərəfindən imzalanan qərar əsasında fəaliyyətinə icazə verilən sahələr var – özəl təşkilatlar və dövlət qurumları. 6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı fəaliyyətə başlayacaq. Bu, 8103 SMS xidməti deyil. Vətəndaşlar yanlış anlamasın. SMS sistemi fəaliyyətə başlamır. Nazirlər Kabinetinin qərarında həmin sistemdə hansı təşkilatlar qeydiyyatdan keçə və icazə ala bilər – onların siyahısı artıq təsbit olunub. Bu siyahı üzrə təşkilatlar daxil olacaqlar.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Dövlət təyinatlı və həyati əhəmiyyətli təşkilatların icazələri 8 iyuna qədər avtomatik olaraq təmin olunacaq".






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook