SON XƏBƏR

I sinfə şagird qəbulunun II mərhələsinə start verildi –Təhsil İdarəsi detalları açıqladı

İyun 20
15:50 2018
Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ikinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər:

"Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir”.

Qeyd edək ki, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 42 000-dən çox uşaq qeydiyyatdan keçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur/Trend.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook