SON XƏBƏR

Hövsan yolunda yük maşını ilə “BakuBus” avtobusu toqquşdu

İyul 08
09:53 2019
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, hadisə iyunun 7-si gecə saat 23 radələrində Hövsan yolunda baş verib.

Məlumata görə, Ford markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən "BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook