SON XƏBƏR

Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksi salınır

İyul 25
16:29 2017
Suraxanı rayonunun Hövsan qəsəbəsində "Xəyal Adası” yaşayış kompleksi salınır.
 
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, hazırda Zığ-Hövsan-Türkan yolunun, "ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Yeni Günəşli "AB” yaşayış sahəsində özəl klinikanın, Əmircan qəsəbəsində uşaq bağçasının, həmçinin rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi işləri aparılır.
 
Eyni zamanda, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ikimərtəbəli yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binası inşa olunur.
 
Bundan başqa, Yeni Günəşli "D” yaşayış sahəsində 1254 mənzilli 9, Zığ qəsəbəsində 1050 mənzilli 15, Yeni Günəşli "AB” yaşayış sahəsində 340 mənzilli 1, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində 210 mənzilli 3 çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook