SON XƏBƏR

Husilər Səudiyyə Ərəbistanında neft bazalarını və hərbi məntəqələri raketlə vurdular

Dekabr 20
00:20 2017
Yəməndən Səudiyyə Ərəbistanına yenidən raket atılıb.

"Ölkə.Az” xəbər verir ki, bu barədə "Al-Arabia”telekanalı məlumat yayıb. Verilən məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə gün ərzində 2 dəfə raket zərbəsi vurulub. Hücum Yəməndə qiyamçı husilərin "Ansar Alla” Hərəkatının üzvləri tərəfindən törədilib.
 
İlk raket zərbəsi səhər saatlarında paytaxtın mərkəzinə endirilib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən balistik raket zərərsizləşdirilib. İkinci raket zərbəsi isə paytaxtdakı neft bazasına və hərbi məntəqələrə endirilib. Bu zərbələr də dəf edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
 
Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hadisədən sonra ABŞ Hava Qüvvələri Mərkəzindən bildirilib ki, Yəməndən Səudiyyə Ərəbistanına ballistik raket atışlarının arxasında İran dayanır. Mərkəzin Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bildirib ki, Yəmənin istifadə etdiyi raketlərin arxasında İranın dayandığı açıq-aşkar görünür.
 
"Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, - deyə Harriqan bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook