SON XƏBƏR

Hüseynəli Əmiri: “Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi İranın strateji siyasətidir”

Yanvar 09
00:48 2018
Azərbaycan Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi İranın strateji siyasətidir
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran prezidentinin müavini Hüseynəli Əmiri İranın Ərdəbil əyalətinə səfəri zamanı bildirib.
 
H.Əmiri qeyd edib ki, qonşu ölkələr arasında Azərbaycanla əlaqələrin gücləndirilməsinə xüsusi önəm verilir: "Azərbaycan Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi İranın strateji siyasətidir. Bu əlaqələrdən hər iki ölkə faydalanır”. O, Azərbaycan və İran prezidentlərinin iki ölkənin əlaqələrini gücləndirmək üçün dəfələrlə görüşdüyünü xatırladıb: "Dövlətimiz dəfələrlə Azərbaycan Respublikası ilə iqtisadi, ticari, siyasi və mədəni əlaqələri heç bir məhdudiyyət tətbiq etmədən inkişaf etdirməyə hazır olduğunu bildirib və son illər bu əlaqələrin sürətlə inkişafının şahidi olmuşuq”.
 
H.Əmiri İran-Azərbaycan dəmir yolu xəttinin Astara və Biləsuvar gömrüyü vasitəsilə təkmilləşdirilməsinin zəruriliyindən də danışıb: "Dəmir yolu vasitəsilə iki ölkə arasında ticari və iqtisadi əlaqələr formalaşmalı və inkişaf etdirilməlidir. Ümid edirəm ki, Ərdəbil-Miyana dəmir yolu xəttinin tikintisinin və yolun Ərdəbilin şimalında Azərbaycan Respublikasının dəmir yolu xəttinə birləşməsini tezliklə görəcəyik. Bu dəmir yolu xətti də istifadəyə verilərsə, iki qonşu ölkə arasında çox yaxşı əməkdaşlıq və mübadilə potensialı yaranacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook