SON XƏBƏR

Hüseyn Abdullayev həbs olunaraq Azərbaycana gətirilib - RƏSMİ

Aprel 23
10:49 2018
Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.

APA-nın məlumatına görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayevin Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.

Qlobal.Az 
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook