SON XƏBƏR

Hüquqşünas: 53 nömrəli məktəbin direktorunu neçə il həbs gözləyir?

Yanvar 24
17:49 2020
53 nömrəli tam orta məktəbin direktoru Firəngiz  Həmidovaya etdiyi saxtakarlıq faktına görə, cinayət işi açıla bilər.

Bu barədə Qaynarinfo-ya tanınmış hüquqşünaslardan biri deyib. 

Onun sözlərinə görə, əgər Firəngiz Həmidovanın rəhbərlik etdiyi məktəbdə həmin saxtakarlıq faktı təsdiqlənərsə, onu 3 ilə qədər azadlıqdan məhrumetmə cazası gözləyir:

"Burada vəzifə saxtakarlığı və vəzifədən su-istifadə halları var. Onun əməlində 308.1 və 313-cü maddənin tərkibi əlamətləri var. Ona bu maddələrlə cinayət işi açıla bilər. Ən azı 3 il azadlıqdan məhrumetmə cazası gözləyir”.

Qeyd edək ki, Bakı şəhəri 53 nömrəli orta məktəbdə saxtakarlıq faktı aşkarlanıb. Məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir. İddiaya görə, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin "kağız üzərində təhsil almasına” şərait yaradıb. 

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsində araşdırılmaya başlanılıb.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook