SON XƏBƏR

Hülusi Kılıç: Qarabağ uğrunda canımdan keçməyə hazıram

Oktyabr 17
10:27 2018
"Ermənistan-Türkiyə sərhədi Azərbaycana görə bağlanıb”.

"Report” "Milliyet” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Tokat şəhərində ADR-in yaranmasının 100 illiyi münasibəti ilə keçirilən kitab sərgisinin açılışında çıxışı zamanı deyib.

Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edən sabiq səfir, çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

"Ermənistan-Türkiyə sərhədini biz Azərbaycana görə bağlamışıq. Dünyada ikinci belə bir ölkə yoxdur ki, digər dövlətə görə öz sərhədini bağlasın. Bu, Türkiyə və Azərbaycanın bir-birinə nə dərəcədə yaxın olmasının sübutudur”.

2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Hülusi Kılıç həmçinin həmişə Azərbaycanın maraqlarının müdafiəsində durmağa və Qarabağa görə canından keçməyə hazır olduğunu bildirib.

Bundan əvvəl ABŞ-ın İrəvandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf etmişdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook