SON XƏBƏR
  • Dəmiryolçuların Mədəniyyət evi acınacaqlı durumdadırBakının Qaradağ rayonunun Ələt qəsəbəsində, bir vaxtlar öz əzəməti ilə seçilən tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir.   Məlumata görə 80-90-cı ill..
  • Eynulla Fətullayevə ağır itkiTanınmış jurnalist Eynulla Fətullayevə ağır itki üz verib.   Qlobal.az xəbər verir ki, E.Fətullayevin anası vəfat edib...
  • Bakıda karantin rejimini pozan kafelər aşkarlandı (FOTOLAR)Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. Qlobal.az-ın "Report"a istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospekti..
  • 70 yaşdan sonra, 8 mart elə kişilərin də bayramıdırXanımı Habil Əliyev barədə: "Ölümündən əvvəl mənə dedi ki..." Bu gün ustad sənətkar, xalq artisi Habil Əliyevin doğum günüdür. "Sağ olsaydı, hamını başına yığıb, təmtəraqla doğum gününü qeyd edə..
  • Azərbaycanlı milyonçu Avropanın məşhur futbol klubunu alırAzərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın "Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb. Bu barədə "Futbol+” qəzeti məlumat yayıb. Nizami Piriyev 1958-ci il ..
  • Azərbaycan səfiri Ramil Səfərovla bağlı Avropa Məhkəməsinə cavab verdiAzərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin "Guardian" qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc ..
  • Oqtay Şirəliyev Nəməki ilə koronavirusdan danışdıAzərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev bu gün iranlı həmkarı Səid Nəməki ilə telefonla danışıb. Qlobal.az xəbər verir ki, telefon danışığında O.Şirəliyev bildirib ki, əhalisinin sayı və mütəxə..
  • Azərbaycanda koronavirusdan daha 2 nəfər öldüAzərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, ..
  • Bakı əhalisinin sayı açıqlandıDövlət Statistika Komitəsinin bu ilin aprelin 1-nə olan məlumatına əsasən, Bakı şəhərinin əhalisi 2 948,8 min nəfər təşkil edir. Son ildə paytaxt əhalisinin sayı 14,1 min nəfər (0,6%) artıb. Ötən i..
  • Gürcüstan Ermənistana kömək təklif etdi"Ermənistanın Xəstəliklərə Nəzarət Mərkəzi ölkədə koronavirusla mübarizə sahəsində Gürcüstanın hər hansı bir köməyinə ehtiyacı olması ilə bağlı məsələ qaldırsa hazırıq”. "Report”un yerli bürosu xəb..

Homoseksual səfir, “Trampın qulağı”, Rusiya, İran və “Huaweı” düşməni…

Fevral 23
13:43 2020
ABŞ prezidenti Donald Trampın Amerikanın Almaniyadakı səfiri Riçard Qrenelli milli kəşfiyyat direktoru vəzifəsinə təyin etməsi xarici siyasət mütəxəssislərinin diqqətindədir.

ABŞ hökumətində Qrenellin meteor sürətilə yüksəlişi işgüzarlıq, sərt diplomatiya və analitik məlumatları becid mənimsəməsinə əsaslanıb. Bu üçlük onun 2018-ci ildən bəri Almaniyada səfir vəzifəsini tutmasını şərtləndirib.

Məhz bu həftə Qrenell "Tvitter”də yazıb: "Almaniyanın NATO xərclərini artırmaq, NS2 ("Nord Stream 2”) və "Hizbullah” qadağası, habelə nasist qvardiyaçısının geri qaytarılması və s. dair ABŞ-ın tələblərinə məhəl qoymadığını izlədim. Ümumi məqsədimizin taktikasını müzakirə etməyə hazıram. Üslubumuz işləkdir”.

Qrenell hərbi büdcəsini artırmaq üçün Almaniyanı NATO-nun tələbini yerinə yetirməyə məcbur edib və Rusiyanın "Nord Stream 2” qaz sistemindən asılılıq yaratmamaq üçün Almaniyaya təzyiq göstərib.

İllər keçdikcə rəsmi Berlin Qərb dəyərlərindən uzaqlaşıb.

Səfir nasist düşərgəsinin gözətçisi olmuş Yakiv Palicini Almaniyanın qəbul etməsini təmin etmək üçün kansler Angela Merkelin hökumətinin qulağını burub.

ABŞ-ın Almaniyadakı əvvəlki səfirləri Palicin federal respublikaya daxil olmasına icazə vermək üçün alman hökumətinə təsir edə bilməyiblər. Qrenell isə bunu bacarıb.

Qrenell Merkel hökumətinə Amerikanın sanksiyalarını pozaraq terrorizmin ən pis sponsoru olan İran rejiminə 400 milyon dollardan çox pul göndərməsinə mane olub. Bu pul İran rejimi tərəfindən suriyalı vətəndaşlara, yəmənlilərə və israillilərə qarşı müharibəni maliyyələşdirmək üçün istifadə edilə bilərdi.

O, Almaniya hökumətini İranın "terrorçular üçün hava yolu” olan "Mahan Air”-ə qadağa qoymasına inandırmağa müvəffəq olub.

1050 "Hizbullah”çının vəsait və yeni üzvlər topladığı federal respublikada hərəkatı qadağan etməsi üçün davamlı təbliğat Bundestaqda müvafiq qətnaməsinin qəbulunda vacib rol oynayıb.

Qrenell alman səlahiyyətliləri ilə söhbətlərində "Hizbullah”ın tam qadağan edilməsi məsələsini qaldırıb.

ABŞ prezidenti Tramp Qrenellin uğurlarını açıq şəkildə nəzərə alıb.

Çərşənbə günü o, "Yəhudi Xəbərləri Sindikatı” (JNS) müxbiri Orit Arfa bildirib: "ABŞ-ın Almaniyadakı səfiri olmaq istəməyimin səbəblərindən biri Almaniya-ABŞ əlaqələrini Almaniya hökumətinin etmədiyi nöqtəyə qədər dərinləşdirmək və genişləndirmək istəyim idi”.

Qrenell Almaniya prezidenti Frank-Valter Staynmayerin keçən həftə «səhvən» İslam İnqilabı münasibəti ilə İrana təbrik məktub göndərməsini də "əngəlləyib”.

ABŞ səfiri bankları İsraili hədəf alan "Boykot”, "Divestment”, "Sanksiya” təşkilatlarının hesablarını bağlamağa çağıran ilk Amerika elçisi olub.

Qrenell İsraili yer üzündən silməklə hədələyən İranın təhdidlərini Merkel rəhbərliyinin nəzərə almasına çalışıb. Merkel İranın İsraili xəritədən silmək təhdidini "İsrail əleyhinə ritorika” sayır.

"İsrailin məhvlə hədələmək, xüsusilə terroru mütəmadi olaraq qorxutma silahı kimi istifadə edən İran rejimi səlahiyyətlilərinin sürəkli təhdidləri səsləndiyi zaman rədd edilməməlidir”, – deyə ötən ilin oktyabr ayında səfir "Fox News”-a bildirib. Qrenell İranın təhdidlərinin "antisemitik” olduğunu söyləyib.

İranın Məclis üzvü, Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Müctəba Zonnur həmin oktyabr ayında demişdi: "İsrail və ya Amerika səhvə yol versə, İsrail 20 və ya 30 dəqiqədən çox yaşamaz”.

Keçən il İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanı general-mayor Hüseyn Səlami də rəsmi "IRNA” agentliyində yəhudi dövlətini məhvi çağırışı çıxış edib.

Səlami İİKK liderlərinin auditoriyası qarşısında çıxış edərək bildirib: "Bu mənfur rejimi xəritədən silmək lazımdır və bu artıq… xəyal deyil, əldə edilə biləcək hədəfdir”.

İsrailin təhlükəsizlik və müdafiə rəsmilərinə gəlincə, Qrenellin İran rejiminə qarşı açıq fikirləri ona qucaq açdırır. Qrenell terrorizmin bütün formalarına qarşı mübarizədəki səylərinə görə İsrail diplomatları və təhlükəsizlik rəsmiləri tərəfindən çoxdan bəyənilib.

Tramp Çərşənbə günü "tweet”-ində yazıb: "Almaniyadakı çoxhörmətli səfirimiz Riçard Qrenellin Milli Təhlükəsizlik Agentliyi direktoru vəzifəsini icra edəcəyini bildirməkdən məmnunam. Riç ölkəmizi çox yaxşı təmsil edib və mən də onunla birlikdə işləməyi səbirsizliklə gözləyirəm”.

Qrenell indi yeni rolda Amerikanın 17 kəşfiyyat agentliyinə nəzarət edəcək.

Çərşənbə günü Ağ Ev bəyan edib: "Səfir Qrenell Senat tərəfindən 2018-ci ilin aprel ayında səfir vəzifəsinə təsdiqlənib və bir neçə əlavə vəzifədə, o cümlədən Serbiya-Kosovo üzrə xüsusi elçisi olaraq Kəşfiyyat Birliyimizlə işləmək təcrübəsinə malikdir. Danışıqlarda və Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatı nümayəndəsi olaraq”.

Bəyanatda əlavə edilib: "Təhlükəsizliyimizin asılı olduğu Kəşfiyyat Birliyinin başçısı kimi o, qeyri-siyasi, bitərəf yanaşmaya sadiqdir. Prezident səfir Qrenellin yeni vəzifəsini qətiyyətlə yerinə yetirəcəyinə əminliyini ifadə edib”.

Bəzi tənqidçilər Qrenellin kəşfiyyat təcrübəsinin yoxluğunu vurğulayırlar. Bununla belə, Qrenell illərdir kəşfiyyat və antiterror məsələləri ilə məşğul olur. Veteran diplomat və xarici siyasət üzrə mütəxəssisdir.

Almaniyada səfir işlədiyi illərdə, ABŞ-ın BMT-də ən uzun müddətli nümayəndəsi dövrü ilə birlikdə, o, ABŞ və müttəfiqləri üçün təhdidlərə qarşı çıxmağı təmin edib.

"Washington Examiner”-in köşə yazarı Tom Roqan bildirib: "Qrenellin simasında Tramp indi milli təhlükəsizlik məsələlərində rəhbərlik etmək üçün ağıllı, sadiq bir adama sahib olduğunu söyləyib. Ancaq kəşfiyyat cəmiyyəti də öz rəyinə sahibdir: "Trampın qulağı”. Hər iki tərəf Amerikanın maraqları üçün ümumi dil tapa bilər”.

Qrenell ABŞ tarixində hökumətin ilk aşkar gey üzvü olacaq. Keçən il yeni kəşfiyyat direktoru dünyada homoseksuallığı cinayət növü kimi ləğv etmək üçün beynəlxalq kampaniyaya başlayıb.

Siyasi jurnalist Roqan yazıb: "Riçard Qrenelli milli kəşfiyyatın yeni direktoru təyin etmək İran və "Huawei” üçün ən pis xəbərdir”.

Qrenell ABŞ-ın Almaniyadakı səfiri olaraq qalacaq. Yəni Almaniyada kommunist Çinin "Huawei” şəbəkəsini, İranın totalitar rejimini və Vladimir Putinin "Nord Stream 2” enerji layihəsini dəstəkləyən siyasi düşərgə bundan məmnun olmayacaq.(Tərcümə: Strateq.az)

Benyamin Vayntal
"Jerusalem Post”

Tərcümə: pia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook