SON XƏBƏR

Hollandiya-Türkiyə iqtisadi ortaqlığı hansı səviyyədədir?

Mart 14
11:13 2017
Hollandiya ilə Türkiyə arasında diplomatik gərginliyin ardından iki ölkə münasibətlərinin gələcəyi sual altındadır.
 
Türkiyə Nazirlər Kabinetinin keçirdiyi toplantıdan sonra Hollandiyaya tətbiq olunacaq sanksiyaların açıqlanmasını gözləyərkən ekspertlər iqtisadi sanksiyaların
Türkiyə üçün ciddi nəticələrə gətirib çıxaracağını söyləyirlər.
 
"Reuters”-in yaydığı xəbərə görə, Hollandiya 22 milyard dollar ilə Türkiyəyə birbaşa investisiya qoyan ölkədir.
 
Türkiyəyə birbaşa gələn xarici investisiyada ən böyük pay Hollandiyanındır.
 
BGC-nin qiymətli kağızlar üzrə iqtisadçısı Özgür Altuğun fikrincə, diplomatik böhran qısa zamanda iqtisadi münasibətlərə ciddi şəkildə təsir götərməyəcək.
 
"Lakin təzyiqlər artarsa və ölkələr bir-birinə sanksiyalar tətbiq etməyə başlarsa, o zaman Türkiyə iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxara bilər”, – Altuğ bildirb.
 
Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2016-cı ildə Türkiyə Hollandiyaya 3,6 milyard dollarlıq ixracatı reallaşdırıb. Bu, isə Hollandiyanı Türkiyə malları üçün ən böyük 10-cu bazar edib.
 
2016-cı ildə Hollandiyadan idxal edilən malların dəyəri isə 3 milyard dollar səviyyəsindədir.
 
"Reuters” hollandiyalı turistlərin İD və PKK hücumları nəticəsində təhlükəsizlik səbəbiylə çətin vəziyyətdə olan turizm sənayesi üçün də önəmli olduğuna diqqəti çəkib.
 
Məlumata görə. Ötən il 900 min hollandiyalı Türkiyəni ziyarət edib. 2015-ci ildə isə bu rəqəm 1,2 milyon təşkil edib.
 
Hökumətə yaxın bir mənbənin Reuters-ə verdiyi açıqlamada, sanksiyalar tətbiq olunacağı təqdirdə bunun iqtisadiyyatla məhdudlaşmayacağını bildirib.
 
"Sanksiyalar tətbiq olunarsa, doğru olmağa diqqət etməliyik. Qapını tamamilə bağlamırıq. Amma yenə də, Türkiyəyə edilən bu davranışların bir qarşılığı olduğunu göstərmək istəyirik”.
 
Mənbə mədəni fəaliyyətlərin ləğv edilə biləcəyini, hərbi və texnoloji iş birliyinin yenidən dəyərləndirilməsinin də müzakirə mövzusu olduğunu söyləyib.
(bbc azəri)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook