SON XƏBƏR

Hollandiya “erməni soyqırımını” tanımağa hazırlaşır

Fevral 20
16:37 2018
Keçən həftə Ankara səfirini rəsmi olaraq geri çəkərək, Türkiyə ilə diplomatik münasibətlərinə məsafə qoyan Hollandiya 1915-ci ildə Anadoluda meydana gələn sözdə ermənilərlə bağlı məsələni "soyqırım” olaraq tanımağa hazırlaşır.
 
Minval.İnfo Türkiyə mediasına istinadən xəbər verir ki, Xristian Birliyi (Cu) millət vəkili Coul Vordvind Hollandiya televiziyasına (NOS) verdiyi açıqlamada parlamentdə çoxluğun 1915-ci ildə meydana gələn hadisələrin "soyqırım” olaraq tanınmasından yana olduğunu söyləyib.
 
Hollandiya Parlamenti hökumətdən 24 apreldəki "soyqırım anım”ı üçün Ermənistanın paytaxtı İrəvana ilk dəfə nazir səviyyəsində nümayəndə heyyəti göndərməsini istəyir. Hökumətdən bu təklifə hələ də münasibət bildirilməsə də, Hollandiya televiziyası düşünür ki, hakimiyyətin bu məsələyə münasibəti müsbət olacaq.
 
2004-cü ildə dolaylı olaraq bu məsələyə toxunulub. Hollandiya Milli Məclisində 2004-cü ildə yenə Xristian Birliyi (CU) "erməni soyqırımı”ndan söz etmişdi. Xristian Birliyi tərəfindən verilən "’Türkiyənin Avropa Birliyinə tam üzvlüyünün erməni soyqırımını tanıması şərtinə bağlı olmalıdır” fikri səs çoxluğu ilə qəbul edilib.
 
Xristian Birliyi (CU) millət vəkili Vordvinə görə, bu il ilk dəfə Ermənistana bir nazir göndəriləcək. Bundan sonrakı illərdə də hər 24 apreldə (Saxta soyqırım günü) Hollandiya bir hökumət nümayəndəsi tərəfindən təmsil olunacaq.
 
Coul Vurdvind "Türkiyənin bu məsələyə münasibəti necə olar” sualına isə belə cavab verilib: "Bu cür dəyərləndirmələr başqa ölkələrin fikirləri əsasında idarə olunmur. Biz beynəlxalq hüququn mərkəziyik və baş verən yanlış şeylərlə əlaqəli açıq fikirlər söyləməliyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook