Hökumət “Qızılağac“la bağlı qərar verdi - Qoruq ərazisində ov edən, tikinti aparan məmurlara qadağa olacaqmı?
İyul 03
14:02
2019
Nazirlər Kabineti "Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.
AzFakt.com xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilir:
1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;
2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;
3) turizm və rekreasiya zonası – 25842,0 hektar;
4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;
5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 22,0 hektar.
Maraqlıdır, bu qərardan sonra Milli Parkın ərazisində bəzi məmurların, o cümlədən iki ov həvəskarı olan icra başçılarının tikdiyi evlərinin taleyi necə olacaq? Onlar yenə də rahat şəkildə "Pikap" maşınlarla ov edəcəklərmi?
Bununla bağlı araşdırmalarımız olacaq.