SON XƏBƏR

Hikmət Hacıyev Minsk qrupu həmsədrlərinin son bəyanatına münasibət bildirdi

Mart 14
13:57 2019
"ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyənatındakı bəzi fikirlər Azərbaycanın da mövqeyini əks etdirir. Hesab edirik ki, həmin bəyənat da məhz Ermənistana ünvanlanmışdı".

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyənatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bəyənatda danışıqlar üçün hansısa şərtin qoyulması, yaxud da danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlərin qəbuledilməz olduğu bildirilib: "Danışıqlar olduğu formatda davam etdirilməlidir. Həmçinin danışıqlar getdiyi zaman nəticələr barədə hansısa aqressiv, ritorika əsasında fikirlərin söylənilməsi də qəbul edilən yanaşma deyil".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook