SON XƏBƏR

Hikmət Hacıyev: Ermənistan Respublikasının qətnamənin lehinə səs verməsi əslində Ermənistanın növbəti riyakarlığıdır

Noyabr 22
16:18 2017
"Ermənistan Respublikasının qətnamənin lehinə səs verməsi əslində Ermənistanın növbəti riyakarlığıdır. Nasizmin təbliği bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir”. Bunu BMT Baş Assambleyasında qəbul edilmiş "Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə, ölkəmizin bu qətnamə ilə bağlı mövqeyi barədə AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
Onun sözlərinə görə, Njde Qareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli ideologiyası bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir: "Dəhşət doğuran hal odur ki, "Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır. Ermənistan hökumətinin maliyyə dəstəyi ilə "Qaregin Njdenin təlimi” adlı kitab çap edilib və bu şəxs barəsində 7 milyon ABŞ dollarına ərsəyə gələn film çəkilib. Ermənistanın Rusiyadakı səfirliyi bu filmin və kitabın Moskvada təqdimatını keçirib. Ermənistanda 2016-cı il mayın 28-də Serj Sarkisyanın şəxsən iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulub”.
 
H. Hacıyev qeyd edib ki, Ermənistanın bu dövlət siyasəti II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusilə faşizm üzərində qələbənin əldə edilməsində misilsiz xidmətləri olan keçmiş SSRİ vətəndaşlarına hörmətsizliyin ifrat nümunəsidir. Bütün bu əməllərin fonunda Ermənistan BMT Baş Assambleyasında sözügedən qətnamənin qəbul olunmasının lehinə səs verir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook