SON XƏBƏR

Hikmət Hacıyev: “Biz hər şeyi nəzarətdə saxlamağa çalışırıq”

Fevral 23
19:49 2017
Fevralın 23-dən Rusiya vətəndaşları Ermənistana, Ermənistan vətəndaşları isə Rusiyaya daxili pasportla səfər edə bilir. İki ölkə arasında yanvarın 24-də imzalanmış müqavilə bunu mümkün edir. Rusiya vətəndaşlarının Ermənistana xarici pasport olmadan getmək imkanı onların işğaldakı Azərbaycan torpaqlarına səfər etmələrini asanlaşdıra bilərmi?

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də 7 ətraf rayon Ermənistanın işğalı altındadır. Xarici İşlər Nazirliyi həmin ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfərini yasaqlayır. Qara siyahıdakıların dörddə biri Rusiya vətəndaşıdır.

Rusiya və Ermənistan arasında səfər rejimi Azərbaycanın işğal altındakı ərazilərə qanunsuz səfər edənlərə nəzarəti həyata keçirməsinə əngəl yarada bilərmi? Bu istiqamətdə nəzarəti gücləndirmək üçün hansı tədbirlər görülür?

Novator.az-ın suallarını cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Rusiya vətəndaşlarının Ermənistana, Ermənistan vətəndaşlarının Rusiyaya daxili pasportla səfər barədə saziş iki ölkə arasındakı qərardır və Azərbaycan belə məsələlərə qarışmır: "Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər məsələsi isə daima gündəmdədir. Biz hər şeyi nəzarətdə saxlamağa çalışırıq, hər işimizi də görürük”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook