SON XƏBƏR

Hicran Hüseynova hərbi helikopterə minməsindən danışdı: " ...təhlükəli gediş idi"

Noyabr 22
12:28 2019
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşlarla görüşə helikopterlə getməsinin səbəblərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, həmin vaxtı avtomobili bərbad vəziyyətdə olub və buna görə də hərbi helikopterlə vətəndaşlarla görüşə gedib:

"Buna görə də hərbçilərə zəng etdim. Görüş cəbhə bölgəsində idi və məni onlarla insan gözləyirdi. Hərbçilərə zəng edib, xahiş etdim ki, reys varsa məni də özləri ilə aparsınlar. Mən hərbi helikeptorla getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi. Mən qısa müddətdə ora çatdım, 50-dən çox qadını qəbul etdim. Komitə ən aşağı büdcəli qurumdur. Mən ora nə kefə getmişdim, nə də kurorta".
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook