SON XƏBƏR

Hicran Hüseynova: Dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub

Yanvar 12
12:15 2017
«Dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Təsadüfi deyil ki, Azərbaycan ilk dəfə "Uşaq hüquqları və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyaya qoşulub». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
 
H.Hüseynova bildirib ki, ötən müddət ərzində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Onun sözlərinə görə, həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib.
 
«Komitə tərəfindən ailə, qadın və uşaqların problemlərinin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş 7 dövlət proqramı icra edilir. Eləcə də, Milli Məclis və onun müvafiq komitələri ilə sıx əməkdaşlıq edilir. Parlamentdə yeni Ailə, qadın və uşaq məsələləri üzrə komitə yaranıb və bu, dövlət siyasətinin daha da gücləndirilməsinə imkan verəcək. Ölkə başçısının sərəncamları ilə təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” və "2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”ndən irəli gələrək ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır.
 
"Azərbaycan Ailəsi Strategiyası”nın hazırlanması artıq yekunlaşmaq üzrədir. "Uşaq Strategiyası” rəy üçün Nazirlər Kabinetinə təqdim olunub. "Uşaq Məcəlləsi” ilə bağlı ilkin hazırlıq prosesi aparılır»- deyə, H.Hüseynova vurğulayıb.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook