SON XƏBƏR

Hicran Hüseynova: Ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işi daha da gücləndirilməlidir

Dekabr 06
00:25 2016
«Ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işi daha da gücləndirilməlidir».
 
Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
 
H.Hüseynova bildirib ki, DÖvlət Komitəsi bu istiqamətdə ardıcıl olaraq tədbirlər keçirir. onun sözlərinə görə, "Azərbaycan ailəsi” film festivalı da bu məqsədlərə xidmət edir.
 
«Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraq və hüquqlarını maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin yaşayışına, onların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook