SON XƏBƏR

Heydər Əliyevin şəxsən təltif etdiyi polkovnik- Müalicə oluna bilmir-– ABSURD SƏBƏB

Noyabr 30
08:29 2016
Azərbaycan Ordusunun maddi-texniki bazası Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər keçən gün güclənməkdədir. Orduya olan qayğı və diqqət hərbi qulluqçuların da sosial təminatında öz əksini tapır. Bununla yanaşı, hər bir hərbi qulluqçu orduda qulluğuna görə səhiyə xidmətlərindən də istifadə etmək hüququna malikdir. Ali Baş Komandanın diqqəti sayəsində zabit və gizirlərimiz, eləcə də digər hərbi qulluqçularımız bu imkanlardan yararlanırlar. Lakin bəzi hallarda neqativ halların baş verdiyi də faktdır. 

Ehtiyatda olan polkovnik-leytenant Sübhan Əmrahov Adil oğlu da belə halla qarşılaşıb.

Miq.Az-a danışan S. Əmrahov onu Mərkəzi Hərbi Poliklinikasında qeydiyyata almaqdan imtina etdiklərini bildirib.

Hərbi Poliklinika Qarabağda döyüşmüş zabiti niyə müalicə etmək istəmir?

O, 14.06.2016-cı il tarixində Silahlı Qüvvələrin Mərkəzi Hərbi Poliklinikasına müraciət edib. 

"Lakin mənə Hərbi Poliklinikanın rəisi bildirdi ki, biz sizi pulsuz müayinə və müalicə etməkdən imtina edirik. Səbəbini onda göstərdi ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən 20 təqvim ili xidmət etmiş, ştat ixtisarı ilə təxris olmuş, xəstəliklə təxris olmuş şəxslərə pulsuz xidmət göstərilir. Halbuki, mən 1990-cı ilin avqustundan 2015-ci ilin avqust ayınadək AR SQ-də 25 təqvim ili xidmət etmişəm və öz arzumla Goranboy rayonunda yerləşən N saylı hərbi hissənin əməliyyat bölmə rəisi vəzifəsindən 15 avqust 2015-ci ildə təxris olmuşam. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıyam”, - deyə ehtiyatda olan zabit bildirib.

Heydər Əliyev ona şəxsən medal təqdim edib

S. Əmrahov I Qarabağ müharibəsində də döyüşüb: 

"1994-cü ilin yanvar ayında 776 saylı əlahiddə xüsusi təyinatlı taborun tərkibində, Tərtər-Ağdərə bölgəsində gedən döyüşlərdə ağır yaralanmışam. İndiki Musa Nağıyev (Semaşko) adına xəstəxanada 30.01.1994 – 03.03.1994-cü il tarixədək müalicə almışam. Müharibə veteranıyam. 9 oktyabr 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Hərbi Hissənin qarşısında qoyulan tapşırığı yerinə yetirərkən döyüşlərdə fərqləndiyinə görə şəxsən "Hərbi Xidmətlərə Görə” medalı ilə təltif olunmuşam. Ondan əlavə xidmət etdiyim dövr ərzində I, II, III dərəcəli Qüsursuz medalları ilə və bir neçə medallarla təltif olunmuşam”.

General və ədliyyə-polkovniki cavabı bir-birindən köçürüb?

general-mayor Natiq Əliyev
 
S. Əmrahov bununla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş tibb idarəsinin rəisi general-mayor Natiq Əliyevə və Silahlı Qüvvələrin Hüquq İdarəsinin rəisi ədliyyə-polkovniki Rauf Kişiyevə müraciət edib.

Lakin hər iki instansiya ona mənfi cavab verib və Hərbi Poliklinikanın rəisinin cavabını verib.

Baş tibb idarəsinin rəisi general-mayor Natiq Əliyevin adından göndərilən cavabda deyilir: "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən "Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlərin və miçmanların habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır”. Sizin Silahlı Qüvvələrdən tərxis olunmanız bu kateqoriyalara uyğun gəlmədiyi üçün hərbi müalicə müəssisələrində müayinə və müalicə hüququnuz yoxdur. Məktubunuzda qaldırdığınız müalicə və digər sosial müdafiə məsələlərinə isə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbələrində baxılır . Bu səbəbdən sizin həmin nazirliklərin müvafiq orqanlarına müraciət etməyiniz tövsiyə edilir”.

Hüquq İdarəsinin rəisi ədliyyə-polkovniki Rauf Kişiyev də cavabında eynilə general-mayor Natiq Əliyevin sözlərini təkrar edib.

Zərbə kimə vurulur?

Halbuki, hər iki yüksək çinli şəxsə göndərilən məktubda S. Əmrahomovun nəzərdə tutulan 25 illik müddətin sonuna qədər hərbi xidməti keçib. Buradan iki məntiq ortaya çıxır: ya müvafiq struktur S. Əmrahovu qeydiyyata almamaqda israrlıdır, ya da onlar 25 rəqəmini oxuya bilmirlər. Hər iki halda zərbə Vətən uğrunda ömrünün 25 ilini döyüşmüş zabitimizə dəyir. Bu zərbə həm də Azərbaycan Ordusuna, Ali Baş Komandanın Ordu siyasətinə endirilir.
 
Qlobal.az
 
 

 

 

 

 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook