SON XƏBƏR

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün yaradıcılıq günü keçirilib

Avqust 15
14:00 2017
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün növbəti tədbir keçirilib.
 
"Sevimli Bala” uşaq klubu ilə birgə təşkil olunan yaradıcılıq günündə balacalar öz bacarıqlarını iki mövzuda nümayiş etdiriblər. Uşaqlar rəssam Nərminə Vəliyevanın müəllifi olduğu əsər əsasında stend üzərində nəhəng, rəngarəng mələk qanadları yaradıblar. Eyni zamanda, 10 metr uzunluğunda rəsm kağızı üzərində "Bakı şəhəri” mövzusunda rəsmlər çəkiblər.
 
Yaradıcılıq günü uşaqların incəsənətə marağını artırmaq, bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar arasında həmrəylik hisslərini artırmağa, asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook