SON XƏBƏR

Həyatın anını donduran insan: gənc rəssam- heykəltaraş Sənan Cəfərov

Oktyabr 14
11:56 2016
Müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan, gənc, istedadlı rəssam Sənan Cəfərovdur. Onun emalatxanasında oldum. Sanki tam fərqli dünyaya düşdüm və "daşlasmış” insan obrazları ilə yaxından tanış olmaqla xüsusi zövq aldım. Sənan gənc olmasına baxmayaraq, artıq bir sıra sayılan- seçilən sərgilərdə öz eksklüziv əsərləri ilə çıxış edərək, istedadlı gənclər sırasına öz adını da daxil edə bilmişdir. 
 
Rəssam olmaq üçün...
 
- Sənan bəy, istedadlı rəssam- heykəltəraş olmaq üşün fitri istedad gərəkdir, yoxsa uzun müddət ciddi məşğuliyyət?
 
- Gözəl sualdır. Zənnimcə, rəssam doğulmaq gərəkdir. Təbii ki, istənilən şəxs olduqca uzun müddət məşq və ya gərgin zəhmət hesabına müəyyən peşəkarlığa yaxın nailiyyətlər əldə edilə bilər. Amma fitri istedada gəlincə, bu insanda doğulduğu gündən olmalıdır.
 
- Elə isə, Sənan bəy özünü hansı qismə aid edir; gərgin zəhmət hesabına əldə olunmuş nailiyətli, yoxsa fitri istedalı rəssama?
 
- Əlbəttə ki, yaradıcılığa duyğu məndə əvvəlcədən olub. 11- ci sinifdə ikən rəssamlığa güclü maraq göstərərək, yağlı boya ilə əsərlər çəkməyə başladım və məktəbi bitirdikdən sonra artıq Akademiyaya qəbul olunmağım haqqında qərar vermişdim. Daha öncədən Rəssamlıq Qimnaziyasında təhsil aldım, sonra Rəssamlıq Akademiyasını da müvəffəqiyyətlə başa vurdum. Akademiyanı bitirdiyim artıq 5 ildir. Və gördüyünüz kimi, hal- hazırda bu kiçik emalatxanada öz düşüncələrimə, hissiyatıma və təfəkkürümə uyğun əsərlər yaradıram.
 
Zaman və sifarişçi istəyi...
 
- Bu möhtəşəm əsərləri sırf sərgi üşün hazırlayırsınız?
 
- Xeyr. Əfsuslar olsun ki, maddi çatışmamazlıq məni şəxsi sifarişlər üzərində dayanmağa sövq edir. Və sərgi üçün hər hansı hazırlayacağım əsər üşün ayıracağım zaman məhz sifarişçinin istəyinə uyğun obraz üçün sərf olunur. Bu məni yaradıcılıq karreyaramda addım atmaqdan xeyli geri salır.
 
- Sifarişlər adətən hansı istəklərə köklənir?
 
- İstənilən şəxs öz arzu və istəyinə uyğun  hər hansı heykəl obrazını sifariş edə bilər.
 
- Yəni buraya bağ evlərində dekor kimi heykəl fiqurlar və ya minatür kiçik insan bütlərinin hazırlanması da aid ola bilər. Elə deyilmi?
 
- Bəli. Siafarişlər insanların iç dünyasına bağlı olur, onların arzu və istəkləri əsasında hazırlanır. Təbii ki, burada mənim ruhum önəmlidir; hər hansı bir obraza öz daxili dünyamdan pay qatıram.
 
- Yaradıcı insanlar "vergili” olur deyirlər. Özünüzdə hər hansı bir möcüzəvi qüvvə hiss edirsinizmi?
Yuxuda yaranan ideya...
 
- Bunu mənə çox insan deyir. Amma mən özümdə daha çox yuxularla bağlı qəribəlik aşkar etmişəm. Misal üçün, "İnsan beyni” kiçik minatür heykəli mən yuxuda "kəşf etdim”. Təsəvvür edin ki, gecə yuxuda ikən beynimə gələn qəribə ideya məni elə həmin vaxt birbaşa emalatxanaya gələrək, heykəl obrazı üzərində çalışmağa sövq etdi. Bu qeyri- adi bir hadisədir. Ümumiyyətlə, hər hansı bir ideya beynimə gəldikdə, mən onu reallaşdırmamış ruhi azadlıq tapa bilmrəm.
 
- Ruhi azadlıq haqqında söz açdınız. Sənan bəy hərbi qulluqda olubmu?
 
- Bəli. Murovda qulluq etmişəm.
 
- Əfsanəvi qəhrəman Mixaylonun dadına çatan rəssammlıq bacarığı sizin də karınıza çatdımı?
 
- (Gülür). Yox, mən deyərdim ki, hərbidə yaradıcılıqla məşğul olmaq qeyri- mümkündür. Mən sadəcə kiçik dəftərçədə xırda eskizlər və cızma- qara etməyə zaman tapırdım. Ruhi azadlıqdan burada söz gedə biməz, amma istənilən halda rəssam da vətənə qulluq göstərməlidir. Bu onun müqəddəs borcudur.
 
"Şah əsər”...
 
- Hər bir əsərin öz "şahı” vardır. Sənan bəyin "şah əsəri” hesab ediləcək bir heykəl nümunəsi varmı?
 
- Əlbəttə var. Keçən il dövlət tərəfindən heykəltəraşların sərgisi təşkil edildi. Mən bu sərgidə qalib oldum. Ən əsası isə daha çox sevdiyim əsərimlə diploma layiq görüldüm. Bu əsəri dünya üzərində hakimiyyət ola biləcək tolerantlığa və bərabərliyə həsr etdim. Qab üzərində düşünüb, quraşdırdığım 5 din və irqə aid nümunələri əks etdirdim. Burada buddizm, xristianlıq, yəhudi, müsəlman dini öz əksini tapıb. Bir birinə söykənərək, dayanıqlı bütlər əslində böyük birliyi təcəssüm edir. Təsəvvür edin ki, əsər o qədər bəyənildi ki, Azərbaycan Respublikası tərəfindən Yunesko muzeyinə hədiyyə edildi.
 
- Bu nailiyyət sizdə yeni stimul yaratdımı?
 
- Əlbəttə, Yuneskonun tarixi kitabında ismimin olması mənim üçün olduqca qürurduyucu bir hissdir. Bu uğurdan sonra Avstriyada keçirilən sərgiyə qatıldım. Bundan əlavə zaman- zaman Əzizbəyovda keçirilən "Atletlər” kəndində sərgi və Bulvar ərazisində ölkəmizdə  Olimpiadanın şərəfinə təşkil edilmiş sərgiyə qatılmağım məni öz karyeramda bir pillə də ucaltdı.
 
- Sənan bəyə özəl bir sual; ailəlisinizmi?
 
- Xeyr, subayam.
 
- Sizin fikrinizcə yaradıcı insan hökmən öz sahəsinə uyğun insanla ailə qurmalıdır, yoxsa bu tamami ilə başqa bir peşə sahibi də ola bilər?
 
-  Əlbəttə də ki, ailə ilk növbədə ülvi hisslərə bağlıdır. Ümumiyyətlə mənim fikrimə gəldikdə isə, zənnimcə yaradıcı insan məhz öz sahəsindən olan şəxslə ailə qurmalıdır.
 
Tam anlayış...
 
- Bunun səbəbini bizə açıqlaya bilərdinizmi?
 
- İzahını belə açıqlaya bilırəm ki, yalnız yaradıcı insan bütün günü emalatxanada çalışan insanı anlaya bilər. İstər müğənni olsun, istər yazıçı, öz çalışdığı dönəmində heç bir zaman digər peşə sahibləri tərəfindən tam anlamla qarşılanmır. Yalnız hazır əsər izləyicini valeh edir, cuşa gətirir ki, onun əziyyətli "hazırlanma” prosesi haqqinda bir çoxları ümumiyyətlə düşünmür.
 
Misal üçün, biz ailədə iki qardaşıq. Qardaşım tamami ilə fərqlidir və yaradıcılığım onu bir o qədər maraqlandırmır. Bu işin ilkin mərhələsindən başdan ayağa qədər yalnız sənəti sevən, onu anlayan, dəyər verən və ən əsası peşəkar insanlar maraqlana bilər.
 
- Ailənizdən bəhs etmişkən, sizə doğmalarınızla bağlı sual ünvanlamaq istərdim. Ailənizdə kimsə şeiriyyata və ya rəsmə hər hansı biz maraq göstəribmi?
 
- Xeyr. Atam vaxti ilə sürücü olaraq çalışıb, anam- evdar xanımdır. Yalnız öz yaşıdım olan 26 yaşlı əmim oğlu Fəxrəddin Cəfərov bacarıqlı zərgərdir.
 
- Yaradıcılığınızla bağlı hansısa qeyri- adi bir layihədə çalışmısınızmı?
 
- Fikrət Qocanın şeirinə çəkilmiş klipdə obraz olaraq çəkilmişəm. Ümumiyyətlə isə, maraqlı təklif layihələri gəlsə, imtina etmərəm.
 
Əsas amil...
 
- Necə düşünürsünüz, heykəltaraşın işində əsas hansı amil olmalıdır; güc, zəhmət, yoxsa təfəkkür?
 
- Dəzgahda çalışmaq bacarığı, süzülmüş qel ilə işləmək təbii ki güc tələb edir. Heykəltəraşlığın texniki tərəfləri daha çoxdur. Və əgər, əsas güc- qüvvə sifarişə yönəlirsə, müsahibənin əvvəlində söylədiyim kimi, yaradıcı insan üçün olduqca çətin olur. Və mən, bir gənc heykəltəraş kimi, bu ilin sonun qədər sifarişlərə son qoyaraq, tam öz üzrəimdə, düşündüyüm əsərləri yaratmağa zaman ayıracam. Ola bilsin ki, bundan sonra artıq çox az və nadir hallarda sifariş üzərində çalışdım.
 
Müəllimlərin əziyyəti...
 
- Əldə etdiyiniz uğurlarda sözsüz ki, müəllimlərinizin rolu böyükdür. Hansılarının adını çəkə bilərdiniz?
 
- Müəllimlərimin əziyyəti üzərimdə hədsizdir. Mən Sevil Süleymanovaya, Tokay Məmmədova, Nəriman Məmmədova, Ömər Eldarova, Zeynalabdin müəllimə və digərlərinə öz hədsiz təşəkkürümü bildirirəm.
 
Ürəklərinin səsi ilə...
 
- Və son olaraq, gənclərimizə öz istək və arzularınızı söyləməyinizi rica edərdim.
 
- Mən öz yaşıdlarıma və məndən daha gənc olan şəxslərə məsləhət edərdim ki, hər kəs sevdiyi və bacardığı işin arxasınca getsin ki, ölkəyə xeyirli mütəxəssis və peşəkar kimi yetişə bilsin. Əgər peşəyə, çalışdığı işə sevgi olmasa, o işin arxasınca getməyə dəyməz. Hər kəs əvvəlcədən öz ürəyinin səsinə sadiq qalaraq, bacaracağı və öhdəsindən gələn sahəyə yönəlsə, firavanlıq birə- beş artar.
 
Aynur Nurlu  
 

 

 
 
 
    
 
 
   
      
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook