SON XƏBƏR

Həsən Ruhani: Sazişin pozulması ABŞ-a baha başa gələcək

Sentyabr 20
00:17 2017
İran prezidenti Həsən Ruhani ABŞ və İran arasındakı nüvə razılaşması barədə açıqlama verib.
 
"Qaynarinfo" xəbər verir ki, BMT-nin görüşləri çərçivəsində Nyu Yorka gedən Həsən Ruhani "CNN"ə açıqlama verib və "Belə bir razılaşmanın pozulması ABŞ-a baha başa gələcək və amerikalıların bunu ödəmək istəyəcəklərini fikirləşmirəm. ABŞ prezidenti Donald Tramp razılaşmadan çəkilsə, beynəlxalq arenada nüfuzunu itirəcək.
 
Biz isə sazişin pozulacağı təqdirdə atacağımız addımları artıq müəyyənləşdirmişik" deyib.
 
İran prezidenti həmçinin Myanmadakı vəziyyət barədə danışıb və mülki əhalinin qətlini qınayaraq dünya ictimaiyyətini hadisələrə reaksiya verməyə çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook