SON XƏBƏR

Həsən Ruhani Ermənistana gedib

Oktyabr 01
09:05 2019
İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib.

Qlobal.az modern.az-a istinadən  xəbər verir. İran liderini İrəvandakı "Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

H.Ruhani 1 oktyabrda İrəvanda keçiriləcək Ali Avroasiya İqtisadi Şurasının genişləndirilmiş toplantısında iştirak etmək üçün Azərbaycan torpaqlarını işğalda saxlayan ölkəyə gəlib.

Qeyd edək ki, artıq Belorus prezidenti Aleksandr Lukaşenko da Ermənistandadır. Sabah isə Rusiya prezidentinin bu ölkəyə səfəri gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook