SON XƏBƏR

Hərbi xidmətlə bağlı dəyişiklik: DTX ilə XKX-ya səlahiyyət verildi

Yanvar 24
11:36 2018
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib.
 
Qlobal.az "Report”a istinadən xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
 
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən deyil, həmin orqanlar tərəfindən aparılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook