SON XƏBƏR

Hərbi ekspert: "Silahını əldən verən əsgərin komandiri və "zampoliti" aşağı vəzifəyə keçirilməlidirlər"

İyul 16
00:29 2019
Nazim Bayram,
Hərbi ekspert
 
Keşikçi-Dağdakı son hadisə bir nəfərin, bir əsgərin xidməti səhlənkarlığının, qətiyətsizliyinin nə qədər böyük mənfi nəticələrə gətirə biləcəyini göstərdi. Yuxarı komandanlığı geninə-boluna tənqid edə bilərik. Ancaq unutmayaq və ondan danışaq ki, silahını əldən verən kişi buna görə yalnız və yalnız şəxsi məsuliyət daşıyır. Üzr istəyirəm, ya silahını əlindən aldılar ya arvadını. Buna komandanlıq neynəsin?

Ordu qaydalarını bilən hərbçi kimi deyə bilərəm ki, əsgərin bilavasitə komandiri və onun tərbiyəvi işlər üzrə müavini baş vermiş hadisəyə görə vəzifələrinin öhdəsindən gəlmədiklərinə görə "vəzifə uyğunsuzluğu" ilə daha aşağı vəzifələrə keçirilməlidilər. Buna söz yox. Şəxsi müşahidələrimə görə hərbçilərlə tərbiyəvi, mənəvi-psixoloji işlər ümumən bərbad səviyədədir. "Zampolitlər" və psixoloqlar işləmirlər, birbaşa vəzifələrində gözə kül üfürməklə məşquldular, xala xətrin qalmasın və hesabat üçün işləyirlər. Onların işi şəxsi heyyətin qəlbində və beynində əsər, iz qoymur. Hərbçini xidmətdən kənarda müşahidə etmək və Silahlı Qüvvələrdə müxtəlif hadisələri bilmək bu qənaətə gəlməyimə kifayət əsaslar verir. Onları burada sadalamaq istəmirəm.

Lakin silahını başqasına verməmək kimi elementar, bunu kişi üçün bir fitri instinkt də adlandırardım, bir gəncdə yoxdursa, istərsən onun bölük komandiri Napoleon ya Jukov olsun, istərsən Mehmandarov ya Quliyev olsun, ondan əsgər çıxmaz.

Belə bir istisna hadisəni əlində bayraq edib, bəh-bəhlə özümüzü alçaltmaq doğru yanaşma deyil. Bəli, torpaqlarımız işğal altındadır, bəli, bir çox şeylərdən narazıyıq, amma adam hətta qəzəbli halda ədalət hissini tam itirməməlidir, bir hadisəni ümumiləşdirib, vicdanla xidmət edənlərin əməyini yerə vurmamalıdır. Bu ədalətsizlik olardı, çünki sərhədçilərimiz hər il onlarla, yüzlərlə sərhəd pozucusu saxlayırlar, bəzən döyüşə girirlər. O oğlanların zəhmətini yerə vurmaq olmaz. Kim siyasi təbliğatla məşquldur, onlar üçün "nə qədər pis olsa, o qədər yaxşıdır". Yeri gəlmişkən, bir daha xatırladıram, daxili siyasi təbliğat qrupun qaydalarına ziddir. Kim bunu altdan-altdan etməyə cəhd edir, hamısını görürəm və duyuram. Vətən üçün ürəyi yanan təmiz insanlar bu hadisəyə sevinməz, bir istisna hadisəni doğma sərhədçilərə və orduya qarşı əlində bayraq eləməz. Eliyirsə və özünə bərait qazandırırsa, qəlbindəki niyətlərini bir daha təftiş eləsin. Onlar etməsə, mən edəcəm və belələri qrupdan xaric ediləcəklər.

Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook