SON XƏBƏR

Hərbi Dəniz Qüvvələrində vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

Fevral 22
14:00 2018
Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edib.
 
Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook