SON XƏBƏR

Hərbçilərimizin iştirakı ilə Qarsda “Qış təlimi-2021” birgə təlimləri başlayıb - VİDEO

Fevral 01
21:05 2021
Qars şəhərində keçirilən "Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.

Müdafiə Nazirliyindən Qlobal.az-a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, "Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook