SON XƏBƏR

Həmsədrlər Bakıdakı danışıqları haqda Sarkisyana məlumat verdilər

Mart 28
11:25 2017
Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupunun həmsədrlərini - İqor Popovu (Rusiya) Stefan Viskontini (Fransa), Riçard Hoqlandı (ABŞ) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşiki qəbul edib.
 
Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, xəbəri Ermənistan Prezidenti Administrasiyasının mətbuat xidməti yayıb.
 
Tərəflər Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə səyləri müzakirə edib, həmçinin Qarabağda təmas xəttindəki vəziyyət mövzusuna toxunublar.
 
Həmsədrlər Ermənistan prezidentinə Bakıda daha əvvəl keçirilmiş görüşlərinin nəticələri barədə də məlumat veriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook