SON XƏBƏR

Şəhid olan əsgərin nəşi Bərdəyə gətirilib (VİDEO)

Mart 07
15:50 2020
Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, onun cənazəsi ailəsinə təhvil verilib. 

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək. 

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook