SON XƏBƏR

"Həkim Tağı Əliyev mənim oğlumun qatilidir" - Ölkə rəhbərliyinə ŞİKAYƏT

Aprel 30
19:03 2018
Sabunçu rayonu, II Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39, m. 19 ünvanında yaşayan Həsənov Filman İman oğlu ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb. 
 
Qlobal.az elektron poçtuna göndərilmiş şikayət məktubunu olduğu kimi təqdim edir:
 
"Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına 
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Mehriban xanım Əliyevaya 
Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Cənablarına 
Surəti:  Prezidentin xüsusi tibb xidmətinin rəisi, tibb elmləri doktoru, professor Cəmil Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikası Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Cənab Fuad Ələsgərova 
Surəti: Azərbaycan Respublikasının Baş Naziri, ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri Novruz Məmmədov Cənablarına
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova
 
Azərbaycan Respublikasının vətəndaşı Həsənov Filman İman oğlu  tərəfindən
Ünvan: Sabunçu rayonu, II Zabrat qəsəbəsi, İstixana Kombinatı, ev 39, m. 19.
Tel:. +99412 550 07 36, +99455 496 21 78

Ə R İ Z Ə
 
Möhtərəm Cənab Prezident! 
Hörmətli Birinci Vitse-Prezident!
Hörmətli Cənab Ramiz müəllim!
Hörmətli Cənab Professor Cəmil müəllim!
Hörmətli Cənab Fuad müəllim! 
Hörmətli Cənab Baş Nazir!
Hörmətli Cənab Baş Prokuror!

27 oktyabr 2017-ci il tarixdə oğlum -1993-cü il təvəllüdlü İmanlı Cavid Filman oğlunu sağ qolunun çiyin nahiyyəsindən tək bir arı sancmış, 30.10.2017-ci il tarixdə qolunda yaranmış şişin tez çəkilməsi istəyiylə Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzə müraciət etmiş, burada həkim cərrah Tağı Əliyev oğlumdan daha çox pul almaq üçün onu bir gün xəstəxanada saxlamış, səhərisi gün heç bir zərurət olmadığı və ailə üzvlərimizin, şəxsən mənim və həyat yoldaşımın etirazına baxmayaraq, mənim iştirakım olmadan və gəlişimi gözləmədən oğluma əməliyyat otağında deyil, çox saylı xəstəsi olan palatada anestezoloq olmadan, heç bir analiz və tibbi yoxlama olmadan narkoz vurmaqla onu şoka salıb və oğlumu özünün çox pul qazanmaq həvəsinə qurban verərək öldürmüşdür. Oğlumu şokdan çıxarmaq üçün palatada heç bir tibbi ləvazimatın olmadığından qolunu kobud şəkildə doğramışdır. Yarılmış nahiyyə belə ekspert otağında tikilib. 
 
Həkim Tağı Əliyev mənim oğlumun qatilidir. Bu onun ilk cinayəti deyil. Onlarcadır. Araşdırın. O bundan sonra da neçə canlar alacaq, neçə evlər yıxacaq. Bu cür cinayətləri təmiz Azərbaycanlı törətməz. Törətsə azadlıqda qala bilməz. Ona görə də həkim peşəsinə və yüksək həkim adına ləkə gətirən bu qatil haqqında ciddi tədbir görülməli, o, cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdır. Oğlumun qatili dərhal həbs olunmalıdır. 
 
O, mənim oğlumun toyunu yasa çeviribdir. Biz toya hazırlaşdığımız bir vaxtda qapımızda yas çadırı quruldu. Yəqin ki, bunun ailəmiz və bir ay sonra evlənəcəyi gözü yaşlı nişanlısı üçün necə ağır bir fəlakət olduğunu anlatmama gərək yoxdur. 
 
Çox təəssüf ki, Sabunçu rayon prokurorluğu bu caniyə layiqli cəzasının verilməsi üçün heç bir iş görmür, əksinə ona himayədarlıq edir. Çünki qatilə himayədarlıq edən prezident administrasiyasının rütbəli nümayəndəsidir. Prokurorluğa, Məhkəmə sud ekspertizasına təsir göstərib, ağı qara, qaranı ağ yazdırırlar. Bunun nəticəsidir ki, 6 aydır cinayət işi açılmır və qatil həkim Tağı Əliyev azadlıqdadı. 
 
5 aydır Sabunçu rayonunun yarıtmaz işindən şikayət edib işin təkidlə Sabunçu rayonundan alıb Bakı çəhər və Ağır cinayətlər prokurorluğuna həvalə edilməsini tələb etsəm də Bakı şəhər prokuroru şikayətimi təmin etmir. 
 
Onlarla şikayət ərizəm Baş Prokurorluqda cavabsızdır. Hələ susurlar. 
 
Mənim başqa ümid yerim və gümanım yoxdur. Son ümid yerim Sizsiniz. Xahiş edirəm ki, öz maddi maraqları naminə, daha çox pul almaq üçün oğlumu lüzumsuz yerə əməliyyata alan, zərurət olmadığı halda ona narkoz verib şoka salan və oğlumun ölümünə səbəbkar olan Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi qatil Tağı Əliyev barəsində tez bir zamanda cinayət işinin başlanması və işin istintaqının Bakı şəhər və Ağır cinayətlər  prokurorluğuna həvalə edilməsi, oğlumun qatilinin dərhal həbs olunması barədə göstəriş verəsiniz. 
 
Cənab Prezident və Hörmətli dövlət rəhbərləri! Mən Sizin qəbulunuza düşmək istəyirəm. Xahiş edirəm məni qəbul edin. 
 
Dərin Hörmətlə, Həsənov Filman İman oğlu  
 
30 aprel 2018-ci il"
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook