SON XƏBƏR

Həbsxanadakı azərbaycanlı fəalın vəziyyəti ağırlaşdı

İyul 17
08:05 2017
Təbrizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan Həbib Sasanian aclıq aksiyasının 32-ci günündə xəstəxanalıq olub.
 
Qlobal.az axar.az-a istinadən xəbər verir ki, vəziyyəti pisləşən fəal zindanın poliklinikasına aparılıb. Məsullar fəalın aclıq aksiyasını dayandırmasına çalışıblar, vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün ona sistem köçürmək istəyiblər, lakin H.Sasanian aclıq aksiyasını davam etdirməyə israr edib.
 
Azərbaycanlı fəala telefon vasitəsi ilə etdiyi son müraciətindən sonra ona təzyiqlər artıb.
 
O, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsi və uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz olaraq iyunun 12-dən aclıq aksiyası keçirir.
 
H.Sasanian 2016-cı il mayın 15-də Ərdəbildə yaxalanıb. O, yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır və "ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin irəli sürülən ittihamı qətiyyətlə rədd edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook