SON XƏBƏR

Hakimlərin fəaliyyəti elektron sistemlə qiymətləndiriləcək

İyun 06
13:33 2018
"Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən hazırlanacaq”

Bunu Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov Vəkillər Kollegiyası "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiya və vəkilliyə namizədlərin andiçmə”mərasimində deyib.

Onun sözlərinə görə, elektron sistemin yaradılması üzərində iş gedir: 

"Elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa müsbət hal olar”.

Ramin Qurbanov qeyd edib ki, vəkillərə hüquqi müdafiə bağlı ödəmələrin elektron qaydada köçürülməsi vacibdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook