SON XƏBƏR

Hadı Rəcəbli: "Məqsədimizin məzmunu vətəndaşlarımızın yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir”

Yanvar 04
00:47 2019
"Əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir”.
 
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona yaxın iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir.
 
"Son dövrlər əhalinin məşğulluğunun təmin olunması yönündə işlər daha da dinamik xarakter alıb. Belə ki, ötən il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addımdır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və digər aidiyyəti qurumlar bu Sərəncamdan irəli gələrək 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini hazırlayır. Tədbirlər Planı layihəsində Strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. 
 
Onu da qeyd edim ki, İşsizlikdən Sığorta Fondunun 2019-cu il üçün nəzərdə tutulan 83 milyon 450 min manat məbləğindəki büdcəsinin 42 milyon manatı məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Bu fakt isə özlüyündə özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”-deyə, komitə sədri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook