SON XƏBƏR

Hacıbala Abutalıbov əxlaqsızlığa təsirli zərbə vurdu...

Sentyabr 10
22:12 2017
Azərbaycan Yazıçılar Birliyinin binasının bir hissəsinin kafe-bar-restoran qismində icarəyə verilməsi və orada qadınlara pulsuz sulu qəlyan reklamı, striptiz göstərilməsi açıq-aydın sübut edir ki, ora əxlaqsəzlıq yuvası olub.
 
Kafeni bağlatdıran Hacıbala Abutalıbov haqlı olaraq bəyan edib ki, "Sözügedən məkan görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu "Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan "26-lar kafesi”nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış "26-lar kafesi” və həmin kafedə "xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.
 
Qeyd etməliyəm ki, Hacıbala Abutalıbovun bu hərəkəti Azərbaycanda və paytaxtımızda əxlaqsızlığa vurulan təsirli bir zərbə kimi dəyərləndirilməlidi.
Belə ki,  gecə yuvaları həddən çoxdur və onların sayı  zamandan asılı olaraq həndəsi silsilə ilə artmaqdadı. Ona görə bir zərbə kifayət deyil. Bu iş sistemli şəkildə davam etdirilməli,  əxlaqsızlıq yuvalarının hamısı ləğv olunmalıdır.
 
Hesab edirəm ki, bu sahədə görülməli işlərin miqyası çox böyükdür. Bu böyük işin Respublika miqyasında yerinə yetirilməsi üçün Prezidentin  xüsusi Fərmanı ilə geniş tərkibli dövlət ləğvetmə komissiyası yaradılmalıdı. Bu yuvaların hamısı aşkarlanmalı və ləğv edilməlidilər.

 
 
Prof.Dr. Qüdrət İsaqov     
 
Qlobal.az   
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook