SON XƏBƏR

Hacı Zeynalabdin Tağıyevin viran qalan malikanəsi - Video

Sentyabr 09
23:03 2016
Azərbaycanın tanınmış milyonçusu Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı Mərdəkandakı bağ evi hazırda yararsız vəziyyətdədir.
 
H.Z.Tağıyev ömrünün son illərini bu evdə keçirib. O bu evdə yaşadığı vaxtlarda istirahət üçün hərdən həyətdəki böyük hovuzun ətrafında gəzərmiş.
 
1941-1945-ci illərdə milyonçunun bağ evi təxliyə hospitalı kimi fəaliyyət göstərib. Buradan dənizə mənzərə açıldığından xəstələr vaxtlarının böyük hissəsini dəhlizdə keçirərmiş.
 
Vaxtı ilə Tağıyevin atlarının saxlandığı tövlə isə hazırda təmir olunaraq 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin balansına verilib.
 
Azadlıq Radiosu-na istinadla görüntüləri təqdim edirik:
 
Qlobal.az
 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook