SON XƏBƏR

Hacı Ramazan Mirzəyevdən "master klass" - Dostunun biri azadlığa digəri yüksək vəzifəyə...

Noyabr 16
14:31 2017
Nazir olmaq istəyən nazir oğlunu Çovdarovun əlindən kim qurtarıb; Nadir Qarayevlə Vidadi Zeynalovu bağlayan keçmş nədən ibarətdir…
 
Rabitə və Texnologiyalar nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov ötən həftə həbsdən azad edilən mülklərini tez-tələsik satmağa qərar verib. Onun alıcıları içində isə ən diqqət çəkən isim Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevdir.

Bu barədə AzMedia.info saytına daxil olan məlumatda bildirilir ki, Nadir Qarayev Vidadi Zeynalova məxsus olan iki mərtəbəli tikilini və 30 sot torpaq sahəsini 1 milyon manata alıb. 

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir qrup yüksək vəzifəli məmurları dövlətin milyonlarla manat vəsaitini  mənimsəməkdə ittiham olunaraq həbs olunublar. "Rabitə İşi”nə görə həbs edilərək 12 azadlıqdan mərhum edilən və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 ilə endirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həmçinin çoxlü sayda mülklərinin üzərindən həbs götürülmüşdü. Qeyd edək ki, dövlətin külli miqdarda vəsaitlərini mənimsədiyi üçün Vidadi Zeynalovun mal-mülkünə həbs qəti imkan tədbiri seçilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirdikdən sonra sabiq aparat rəhbərinin mülklərinin üzərinə qoyulmuş həbs qaldırıldı. Hazırda həbsdə olan Vidadi Zeynalov isə bu vəziyyətdən yararlanaraq mülklərini satır.

Saytın məlumatına görə Vidadi Zeynalov həbsi qaldırılmış mal-mülkünü bir hissəsini təcili şəkildə yaxın adamlarına sataraq əlindən çıxartmaq qərarına gəlib. İddiaya görə Vidadi Zeynalova məxsus Xəzər dənizi kənarında, Salyan şossesinin 29-cu kilometrliyində ( Bakı Dərin Özülləri Zavodunun arxasında) yerləşən iki mərtəbəli tikilini və 30 sot torpaq sahəsini yaxın dostu, bir çox qaranlıq maliyyə maxinasiyalarında şəriki olan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev alıb. Məlumatda bildirilir ki, dostunun əmlakının əlindən çxımaması və gələcəkdə ona qaytarmaq üçün belə bir jesti edən Nadir Qarayev bu jest üçün 1 milyon manatından keçib. 

Mənbə iddia edir ki, Nadir Qarayevlə Vidadi Zeynalovun yaxın münasibətləri uzun illərdir davam edir. Bu münasibətin birincinin aparat rəhbəri vəzifəsinə təyin edildikdən sonra başladığı deyilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün maliyyə məsələlərini öz əlində cəmləşdirən Vidadi Zeynalov həmin vaxt Maliyyə Nazirliyinin əsas idarəsi olan 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevlə birlikdə həyata keçirtdikləri müxtəlif maliyyə maxinasiyaları onları yaxın dost edib. 
 

 
Qlobal.az-ın məsələ ilə bağlı əldə etdiyi məlumata görə, əslində Vidadi Zeynalova məxsus mülkləri və torpaq sahələrini alan şəxs yerli mediada "tender kralı" kimi tanınan hacı Ramazan Mirzəyevdir. Qeyd edək ki, hacı Ramazan Mirzəyev "Məmmədoğulları" və milyonluq tenderlərdə qalib olan çoxsaylı MMC-lərin rəhbəridir. Onun uzun illərdən bəri Vidadi Zeynalovla şərikli biznes və dostluq əlaqələrinin olduğu deyilir. 
 
Ramazan Mirzəyevin sahib olduğu şirkətlərin milyonluq tenderlərdə qalib olmasının çoxsaylı səbəblərindən biri, bəlkə də ən önəmlisi bir çox nazirliklərdə işləyən səlahiyyətli şəxslərin yaxın qohumlarının "Məmmədoğulları" MMC və eləcə də digərlərində vəzifələrdə çalışmasıdır. Hacı Ramazan Mirzəyev "qalib" olduğu tenderlərdən qazandığı böyük miqdarda dövlət vəsaitlərini tabeçiliyndə çalışan məmur qohumlarının əli ilə o şəxslərə çatdırdığı iddia olunur. 
 
Məsələn, Təhsil Nazirinin müavini Ceyhun Bayramovun əmisi oğlu Elməddin Bayramovun, Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin xalası oğlu İlqar adlı şəxsin, Hesablama Palatasının şöbə rəisi Firiş müəllimin əmisi oğlu Xəqani Abışovun Ramazan Mirzəyevin şirkətində işlə təmin olunduğu deyilir. 
 
Qlobal.az xəbər verir ki, Azmedi.az saytının yazdığına görə, Vidadi Zeynalov həbs ediləndə onun ailəsinə maliyyə köməyi edən şəxslərdən biri də məhz Nadir Qarayev olub. Nadir Qarayev Zeynalovlar ailəsinə davamlı olaraq maddi və mənəvi dəstək olub. Mənbə bunu vaxtı ilə Vidadi Zeynalovun Nadir Qarayevi MTN-nin əlindən aldığı və həbsdən qurtarması ilə bağlayır. Belə ki, 1 saylı Xəzinədarlıq İdarəsi rəisi etdiyi ciddi maliyyə maxinasiyaları ilə keçmiş MTN-çilərin diqqətini cəlb edib. Nadir Qarayevin işlərinə nəzər yetirən MTN-çilər dövlətin maliyyəsi hesabına onun əlini cibinə qoyaraq ayda külli miqdarda qanunsuz qazanc əldə etməsini müəyyən ediblər. Bundan sonra xüsüsi əməliyyat qrupu Çovdarovun rəhbərliyi ilə Nadir Qarayevi həbs edərək nazilriyə gətiriblər. Bundan xəbər tutan Vidadi Zeynalov isə dərhal hərəkətə keçib və dostunu Eldar Mahmudov "çete”sinin əlindən qurtara bilib. Məlumata görə Çovdarovdan qurtulmaq Nadir Qarayevə 1,5 milyon manata başa gəlib. Bundan sonra isə Nadir Qarayev Vidadi Zeynalovun verdiyi təlimatlar əsasında "MTN çete”sinin bir sıra tapşırıqlarını həyata keçirib. Xüsusi ilə iri tenderlərin "MTN çete”sinə və Vidadi Zeynalova yaxın olan şirkətlərə verilməsində Nadir Qarayevin xüsusi rolu olub. Nadir Qarayev bu durumdan özü də yararlanıb. Belə ki, 365info.az saytının yazdığına görə bir iş adamının şirkətini tenderlərdə qalib etdiyinə görə iş adamı onun evində uşaqları üçün yarım miliyonluq əyləncə mərkəzi yığdırıb. Hətta ölkə mətbuatında yazılan bəzi məlumatlara görə Nadir Qarayev keçmiş MTN rəhbərliyi ilə və Vidadi Zeynalovla olan əlaqələrindən istifadə edərək Maliyyə naziri olmaq həvəsinə düşüb.
 
Qlobal.az-ın etibarlı mənbələrdən əldə etdiyi digər məlumata görə, hacı Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində işləyən dostlarından birini daha yüksək vəzifəyə gətirtmək istəyir. Qeyd edək ki, bu gün ölkə mediasında Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbovun səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb. Düzdür, sonradan bu məlumat təsdiqini tapmasa da, özündə müəyyən həqiqəti əks etdirdiyi barədə məlumatlar qalmaqdadır. Ola bilsin ki, hacı Ramazan Mirzəyev baş verən məsələlər barədə daha müfəssəl məlumatlara malik olduğuna görə, dostunun Bakı meriyasında yüksək vəzifəyə gətirilməsi üçün hərəkətə keçib.
 
Onu da qeyd edək ki, Vidadi Zeynalovun 13 illik həbs cəzasının 4 ilə endirilməsində də hacı Ramazan Mirzəyevin böyük rolununu olduğu, hətta bu məqsədlə bəzi yüksək vəzifəli şəxslərə paytaxtın ən prestijli restoranında ziyafət verdiyi deyilir. 
 
Qarşı tərəf də münasibət sərgiləyə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook