SON XƏBƏR

Haci İbrahim: "İmkan vermirlər ki, yaşayaq"

Oktyabr 24
09:04 2017
Sosial şəbəkələrdə "Avesta Concern” şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmli tikinti sektorundan ayrıldığını və kənd təsərrüafatı sektorunda işə başladığı barədə məlumatlar yayılıb.
 
Bildirilir ki, Hacı İbrahim Nehrəmli İmişlidə böyük fermer təsərrüfatı qurub və burada qiyməti 250 manatdan başlayan 300-dən artıq qoyun saxlatdırır.

Məsələ ilə bağlı Unikal.org-un əməkdaşı Hacı İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. O, məsələyə belə aydınlıq gətirib:

"O, qoyunlar mənə məxsus deyil. Bacanağımın oğluna məxsusdur. Qohum əqrəbada kim nə iş görürsə, yazırlar mənim adıma. İmkan vermirlər ki, yaşayaq. Əslində, qoyun təsərrüfatı ilə məşğul olmağım bir sahibkar kimi yaxşı olardı. Bunun nəyi pisdir ki? Amma hazırda qoyun saxlamıram. Olsaydı təbii ki, deyərdim”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook