SON XƏBƏR

Göz yaşı qədər yaxın olan adam - Atam

Oktyabr 22
23:32 2016
Bəlkə də bütün atalar eyni yaşda ölür, bütün uşaqlar isə eyni yaşda atasız qalır. Atalar bizə ən çox lazım olan, bizi ən çox ağrıdan yaşlarında ölürlər. Atamızı itirdiyimiz hər yaşımızda isə biz uşağıq, o isə hamıdan çox sevdiyimiz qəhrəmanımız olan atamız. 

(Nurayın atasının xatirəsinə)

Boşluğa düşmüsən?
Ətrafında onlarla adam olsa belə özünü yalnız hiss etmisən? 
Bu saniyədən hər şey başqa cür olacaq demisən? 
Nə olacagını bilmədiyinə görə qorxmusan? 
Qorxduğundan daha cox qorxmusan? 

Boşluğa düşmüşəm - Anam aglaya aglaya "atan öldü” deyəndə... 

Ətrafımdakı adamlara rəğmən özümü yalnız hiss etmişəm- qırx gün evimizə gəlib gedən onlarla insan arasında atamı axtardıqca, qapıya baxıb indi atamım gələcəyini düşündükcə...

Həyatımızın dəyişdiyini anlamışam- 9 yaşında bacımın qara işıq saçan gözlərinin yaşdan soldugunu görəndə...

Atasız bizi nə gözlədiyni bilmədiyimə görə qorxmuşam - cavan anam bizim başımızı oxşayıb ağlayanda... 

Qorxaqlığımdan qorxmuşam- ailəmizin anam və özümdən balaca 3 bacı qardaşımdan ibarət olduğunu və atamın daha qayıtmayacağını anlayanda... 

O qədər adam boşluğa düşür, yalnız olduğunu anlayır, özünü çətinliklərə hazırlayır, qorxur, ağlayır, amma yaşayır... Gözündən yaşını silir, xatırlayır, unutmur... 

Mübahisə edəndə, kimsə xətrində dəyəndə, işin istədiyin kimi getməyəndə, şox sevinəndə, instituta girəndə, toyunda, özün valideyn olanda və yaxud da payız qəmli üzünü daha çox göstərəndə gözündən qeyri - ixtiyari bir damla düşür –bax o damladır atan... Sənin yanındadır. O göz yaşı qədər sənə yaxındır, gözündən ürəyinin üstünə düşür, qəlbinin ağrısına səpilir, əlinə almaq, onu duymaq istəyəndə isə əllərinin arasından süzülür. Sən düşünrsən ki, o yox olur, amma o damlanı hələ üzündən çox siləcəksən mənim kimi 38 yaşında olanda belə... 

Nə deyim Zamana? 

(Malik Fərrux) 

Balaca bir evdə
Övladlarımın
Gülüşü fırladır Yer kürəsini.
Fərəh külək olub-qanadlarımın
Açır qollarını, yan yörəsini...
Uçuruq yuxarı bayaqdan bəri.
Göllər bir damladır, dağlar bir qarış.
Darısqal bir evin sevinc göyləri
İlahi, nə qədər geniş olarmış...
Qoşa qanad kimi gərilib qolum, 
Uçuram günəşdən nur yığa-yığa. 
Qollarım üstünə sərilib oğlum, 
Sərilib sonsuz bir bəxtiyarlığa...
Nə deyir qızlarım söz kəsə-kəsə.
Sözləri, saçları dolaşıq düşür.
Birdən duyuram ki, üzümə nəsə
Çox uzaq, çox zəif bir işıq düşür.
İllərin üstündən geri boylanıb.
Doğma bir baxışla gəldim üz-üzə-
Qapının ağzında atam dayanıb
Sakitcə göz qoyur hay küyümüzə. 
Böyük bir fərəhlə baxır, hey baxır
İlk dəfə gördüyü nəvələrinə,
Könlündən keçir ki, bir addım yaxın
Gəlib onlar ilə gülə, sevinə.
Həsrətdən dodağı çat-çatlayır
O uzaq yolları yoran atamın,
O uzaq illəri gələn adamın,
Bir addım atmağa gücü çatmayır.
İndi zaman məni geri fırladır,
Ata qollarının üstə özüməm.
Məndən aşağıda ulduzlar yatır.
Bir gözün işıgı düşür gözümə...
Ata qollarında fırlanıram mən.
Keçirik, göylərin yeddi qatını.
O gözün işığı kəsilir birdən.
Zaman hey çapır köhlən atını...
Gəlib ötüb keçir bu anlarımı.
Yenə gözlərimdə dəyişir aləm,-
Oğlum atlb-tutur balalarını.
Qapının ağzında dayanan mənəm...
Birdən dönüb baxır, könlüm sevinir,
Beləcə bir ata-oğul görüşür...
Gözümlə öpürəm onu, evini.
Xəbərsiz balalar atılıb düşür.
Xəbərsiz balalar verib əl-ələ.
Gülüşlə fırladır Yer kürəsini.
Dünya da bir yandan fırladır elə
İlləri üyüdən kirkirəsini..

Günay Malikqızı
 
Karabakhmedia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook