SON XƏBƏR

Gövhər Baxşəliyeva: Azərbaycan elmi öz inkişaf səviyyəsinə görə dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib

Avqust 29
09:04 2019
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır”. Bu fikri Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan elmi öz inkişaf səviyyəsinə görə dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Bu gün Azərbaycanda elm sahəsində ciddi islahatlar aparılır.

"Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verilir. Elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və digər məqamlara xüsusi diqqət yetirilir. Azərbaycan elminin inkişafında Azərbaycan Milli Elmlər Akademiyası öz üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlir. Akademiyada elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətində uğurlu addımlar atılır”-deyə, akademik qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook