SON XƏBƏR

Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək

May 25
20:58 2020
"Erməni həmkarımın Gürcüstanda koronavirusla bağlı vəziyyətə dair verdiyi açıqlamalar heç bir arqumentə  əsaslanmır”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze "Rustavi 2” telekanalının efirində deyib.

O bildirib ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyanla əlaqə saxlamağı planlaşdırır: "Həmkarımın açıqlamalarının səbəblərini ətraflı aydınlaşdırmaq üçün onunla əlaqə saxlanılacaq. Əgər onun hər  hansı sualları var idisə, bizimlə əlaqə saxlaya bilərdi və biz onun bütün suallarına cavab verərdik. Erməni həmkarımın bəyanatları üçün nəyin əsas olması barədə bəzi sual və şübhələr yaranır”.

Nazir qeyd edib ki, Gürcüstandakı koronavirusla bağlı vəziyyət şübhə doğurmur: "Bunu yalnız göstəricilər deyil, ictimaiyyətin qiymətləndirmələri də təsdiqləyir”.

Qeyd edək ki, A.Torosyan bu yaxınlarda Gürcüstanda koronavirusla bağlı statistik göstəricilər və ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə ilə yanaşdığını bildirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook