SON XƏBƏR

Gürcüstanın dövlət naziri azərbaycanlılara çağırış etdi

Mart 23
17:03 2020
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili karantin zonası elan olunan Marneuli və Bolnisi rayonlarının sakinlərinə müraciət ünvanlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, o, hər iki rayonun əhalisinə dəstək ifadə edib.

Dövlət naziri həmvətəndaşları hökumətin koronavirusla bağlı qabaqlayıcı tədbirlərlə bağlı tövsiyələrinə əməl etməyə çağırıb: "Ayıq-sayıq olun, özünütəcrid qaydaları və karantinlə bağlı məhdudiyyətlərə riayət edin. İnanıram ki, yüksək vətəndaşlıq məsuliyyəti, dəstək və qarşılıqlı yardım vasitəsilə bu problemin öhdəsindən gələ biləcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook