SON XƏBƏR

Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Mart 12
12:33 2018
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.
 
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan baş nazirinin şərəfinə fəxri qarovul
dəstəsi düzülüb.
 
Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook