SON XƏBƏR

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində COVID-19-a yeni yoluxma təsdiqlənib

İyun 21
16:39 2020
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

"Report”un yerli bürosu xəbər verir ki, virusun aşkarlandığı şəxs azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kənd sakinidir.

Bununla da, rayonda COVID-19-a yoluxanların sayı 192-yə çatıb. Onların 175-i sağalıb, 4-ü isə vəfat edib.

Qeyd edək ki, Muşevani kəndində aprelin 25-dən yüksək epidemioloji risk səbəbindən sərt karantin rejimi tətbiq olunur. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook