SON XƏBƏR

Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artıb

May 21
18:21 2018
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 995 ədəd avtomobil idxal edib.
 
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
 
Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 36 mln. 778,7 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,9 dəfə çox olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook