SON XƏBƏR

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərdə səsvermə başa çatıb

Oktyabr 22
00:29 2017
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərdə səsvermə başa çatıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, saat 20:00-da səsvermə prosesi yekunlaşıb və seçki məntəqələri bağlanıb. Saat 17:00-dək ölkə üzrə seçici fəallığı 36,71 faiz olub.

Hazırda səslərin hesablanması prosesinə başlanılıb.

Bugünkü seçkilərdə Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook