SON XƏBƏR

Gürcüstanda NATO təlimləri başlayır

Avqust 01
11:19 2018
Bu gün Gürcüstanda NATO və alyansın tərəfdaşlarının çoxmillətli hərbi təlimləri - "Noble Partner 2018" başlayır.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təlimlərdə 13 ölkədən (Gürcüstan, Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Ermənistan) 3 minə yaxın hərbçi iştirak edəcək.

Avqustun 15-dək davam edəcək təlimlərdə ümumilikdə, təqribən, 140 ədəd hərbi texnikadan istifadə olunması planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook