SON XƏBƏR

Gürcüstanda Məhəmməd Peyğəmbərə həsr edilən toplu nəşr olunub

Aprel 26
10:57 2017
Gürcüstanda  Məhəmməd Peyğəmbərə həsr edilən "Səni görmədən sevdik, ya Rəsulallah!” adlı ədəbi toplu nəşr olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabda İslam Peyğəmbərinin doğum günü münasibətilə "Sülh, sevgi və rəhmət peyğəmbəri” mövzusunda keçirilən şeir müsabiqəsinin qaliblərinin əsərləri toplanıb. Kitab 52 səhifədən ibarətdir.
 
Gürcüstan Müsəlmanlar İdarəsinin və Türkiyə Diyanet İşləri Başkanlığının Gürcüstan Nümayəndəliyinin keçirdiyi yarışmanın qaliblərinin mükafatlandırma mərasimində 5 nəfər birinci, 10 nəfər ikinci yerə layiq görülüb. Yarışmada 40 yazar iştirak edib.
 
APA-nın Gürcüstan müxbiri Nizami Məmmədzadə II dərəcəli diplomla təltif olunub və müsabiqənin laureatı adına layiq görülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook