SON XƏBƏR

Gürcüstanda Hökumət Administrasiyasının binası qarşısında etiraz aksiyası

May 02
09:49 2019
Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında həmkarlar ittifaqlarının etiraz aksiyası keçirilib.

"Report” xəbər verir ki, 1 May - Beynəlxalq Zəhmətkeşlər Gününə həsr olunmuş aksiyada iştirakçılar təhlükəsiz iş şəraiti və əməyin layiqli qiymətləndirilməsini tələb ediblər.

Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili bildirib ki, ölkədə 25 min insanın maaşı 100 laridən azdır. O, hökuməti insanlara yönəlmiş siyasət həyata keçirməyə çağırıb.

Aksiya iştirakçıları Baş nazir Mamuka Baxtadzeni sosial müqavilə imzalamağa çağırıblar. Sənəddə sosial bərabərsizliklə bağlı ölkədə mövcud problemlər əks olunub.

Etirazçıların əsas tələblərindən biri də əməyin təftişinin gücləndirilməsi ilə bağlı olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook